26 oktyabr 2025 02:55
108

Tramp Kanadaya qarşı ticarət rüsumlarını yenə də artırıb

ABŞ Prezidenti Donald Tramp Kanadaya qarşı artıq qüvvədə olan tədbirlərə əlavə olaraq ticarət rüsumlarının 10 faiz artırıldığını bəyan edib.

“İki sahil” xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Tramp bu qərarı ABŞ-nin 40-cı prezidenti Ronald Reyqanın ticarət rüsumlarının mənfi nəticələrindən danışdığı reklam çarxı ilə aparılan "saxta kampaniya"ya cavab olaraq qəbul etdiyini bildirib.