Azərbaycanda hər iki tələbədən biri dövlət sifarişi əsasında təhsil alır.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən keçirilən "Avropada Təhsil" sərgisinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycanda təhsil sahəsində müsbət dinamikada dəyişikliklər baş verir:
"Həm ali təhsilə qəbul olunanların, həm də dövlət sifarişli yerlərin sayı artıb. Xaricdə təhsil sahəsində böyük dəyişiklik baş verib. Hər il 500 tələbəmiz dövlət hesabına, xüsusilə, təqaüd proqramları əsasında xaricdə təhsil alır".
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə ASA və üzv sığorta şirkətlərinin rəhbərləri və nümayəndələri Zəfər Parkını kollektiv ziyarət ediblər