Azərbaycan və Ermənistan arasında normallaşma prosesindəki son qərarlar sülhə töhfə verəcək.
“İki sahil” xəbər verir ki, bunu "Report"a açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyunciç deyib.
O qeyd edib ki, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edib və təqdimat mərasimi pozitiv keçib:
"Biz gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı gələcək proqramları müzakirə etdik. Danışıqlar pozitiv keçid. Biz həmçinin enerji bağlantıları, nəqliyyat, dəmiryolu, rəqəmsal transformasiyanı müzakirə etdik".
Səfir, həmçinin əlavə edib ki, danışıqlarda Azərbaycan və Ermənistan arasında normallaşma mərhələsi müzakirə edilib:
"Biz azad olunan ərazilərin minalanması məsələləri barədə də danışıqlar apardıq. Azərbaycan və Ermənistan arasında son zamanlar verilən qərarları müzakirə etdik və Prezident İlham Əliyevi təbrik etdim. Düşünürəm ki, bu proseslər sülhə daha çox töhfə verəcək".
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB