Milli Məclis müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirakın ödənişli olması haqda təklifi ilk oxunuşda qəbul edib.
“İki sahil” xəbər verir ki, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Təqdim olunan dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə ASA və üzv sığorta şirkətlərinin rəhbərləri və nümayəndələri Zəfər Parkını kollektiv ziyarət ediblər