Avropa İttifaqı ABŞ-ın son sanksiyalarından sonra Rusiyanın neft şirkəti LUKOIL ilə əməliyyatları qadağan etməyi düşünür.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" öz mənbəsinə istinadla məlumat yayıb.
"Sanksiyaları tam şəkildə tətbiq etməzdən əvvəl özümüzü bu problemlərdən uzaqlaşdırmağın bir yolunu tapmalıyıq", - deyə bir Aİ rəsmisi bildirib.
Daha əvvəl Almaniya kansleri Fridrix Merts Rusiyanın "Rosneft" şirkətinin Almaniyadakı törəmə müəssisəsinin ABŞ sanksiyalarından azad olacağını irəli sürmüşdü.
23 oktyabrda ABŞ Maliyyə Nazirliyi Rusiyanın Rosneft və LUKOIL neft şirkətlərinə qarşı sanksiyalar elan edib.
Macarıstan Rusiyadan neft və qaz idxalına dair Aİ qadağalarından yayınmağı planlaşdırır
“China Energy” Qazaxıstanda günəş və külək elektrik stansiyalarının tikintisinə 1 milyard dollar sərmayə qoyur
Ukraynanın Baş naziri: Ölkəyə əlavə qaz idxal etmək üçün 2 milyard avro vəsait lazımdır