Türkiyənin Adıyaman və Ərzurum bölgələrində zəlzələ baş verib.
“İki sahil” AFAD-a istinadən xəbər verir ki, Adıyamanın Sincik rayonunda 3.8 bal, Ərzurumun Palandöken bölgəsində isə 3.5 bal gücündə zəlzələ qeydə alınıb.
Təbii fəlakət oktaybrın 24-də yerli vaxtla saat 5:04-də Adıyamanda, 6:07-də isə Ərzurumda baş verib.
Zəlzələnin dərinliyi Adıyamanda 9.34 km, Ərzurumda 9.93 km-də olub.
İlkin məlumata görə, itki və dağıntı qeydə alınmayıb.
Orban: Macarıstan Rusiyadan neft idxalına qoyulan qadağadan yayınmağın yollarını axtarır