24 oktyabr 2025 08:16
106

ÜST Qəzzanın səhiyyə sisteminin bərpası üçün xərclənəcək vəsaiti açıqlayıb

Qəzza zolağında səhiyyə sisteminin bərpası üçün ən azı 7 milyard dollar xərclənəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, təşkilat əvvəllər 41 xəstənin və 145 müşayiətçinin bir neçə ölkəyə təxliyəsinə kömək edib.

"Bununla belə, Qəzzadan kənarda müalicəyə ehtiyacı olan 15.000 xəstə var, onlardan 4000-i uşaqdır", - deyə ÜST rəhbəri əlavə edib.

O qeyd edib ki, 700-dən çox insan təxliyə olunmazdan əvvəl ölüb.

BMT, Avropa İttifaqı və Dünya Bankının operativ qiymətləndirməsinə görə, Qəzzanın bərpası üçün təxminən 70 milyard dollar tələb olunacaq. BMT nümayəndələri bütün ərazilərin bərpa olunmayacağını bildiriblər.