23 oktyabr 2025 15:45
129

Rəsmi Pekin Çin şirkətlərinin sanksiyalar paketinə daxil edilməsini pisləyib

Rəsmi Pekin Çin şirkətlərinin Rusiyaya qarşı Avropa sanksiyalarının 19-cu paketinə daxil edilməsinə kəskin etirazını bildirir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin məlumat yayıb.

"Çin bununla bağlı kəskin narazılığını və kəskin etirazını bildirir və Aİ-yə ciddi təqdimatlarla çıxış edib", - deyə, nazirliyin mətbuat xidməti bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çinin Ukrayna münaqişəsinin nə təhrikçi, nə də iştirakçısı olduğunu, heç bir tərəfə silah vermədiyini və ikili təyinatlı malların ixracına ciddi nəzarət etdiyini vurğulayıb.

Pekin həmçinin Rusiya tərəfinə təzyiqin Ukraynadakı münaqişənin həllinə kömək etməyəcəyinə əminliyini ifadə edib.

Oktyabrın 23-də Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib.