22 oktyabr 2025 20:23
125

Meksikada daşqınlar nəticəsində ölənlərin sayı 78-ə çatıb

Meksikanın beş ştatında güclü yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 78-ə çatıb, 23 nəfər isə hələ də itkindir.

“İki sahil” xəbər verir ki, bu barədə "El Universal" məlumat verib.

Milli Sarayda keçirilən mətbuat konfransında Meksika Prezidenti Klaudiya Şeynbaum qeyd edib ki, hökumət İdalqo, Puebla, Keretaro, San Luis Potosi və Verakrus ştatlarında zərərçəkənlərə maliyyə yardımı etməyə başlayıb.