22 oktyabr 2025 18:06
115

KİV: İsveç Ukraynaya ən son model 120 ədəd "Gripen" təyyarəsi satmaq istəyir

İsveç Ukraynaya 120 ədəd ən yeni "JAS Gripen E" qırıcı təyyarəsi satmaq niyyətindədir.

“İki sahil” bu barədə İsveçin "TV4 Nyheterna" telekanalına istinadən xəbər verir.

Qeyd olunub ki, bu, İsveç tarixində qırıcı təyyarələrin satışı üzrə ən böyük müqavilə ola bilər.

"Saab" şirkəti tərəfindən hazırlanan "JAS 39 Gripen E" - İsveç qırıcı təyyarəsinin ən son versiyasıdır. Model əvvəlki versiyalara nisbətən daha güclü mühərrik, daha böyük uçuş məsafəsinə malikdir.