Ölkəmizdə səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 22-də Şəhidlər xiyabanını ziyarət edib.
“İki sahil” xəbər verir ki, nazir burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının mənzərəsini seyr edən qonaqlara Azərbaycan paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB