Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
"Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram (Qazaxıstan və Azərbaycan – red.) qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik”, - deyə Qazaxıstan Lideri vurğulayıb.
Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik
Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır
Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb