TRIPP layihəsi mütləq reallaşdırılacaq.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında deyib.
Dövlət başçısı vurğulayıb: "Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi mövcud olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha böyük potensial olacaq".
Vüqar Rəhimzadə: Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır
Azərbaycan və Şri-Lanka XİN başçıları ikitərəfli münasibətləri müzakirə ediblər
Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib