Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Ermənistan arasında Vaşinqton sazişlərinin tarixi əhəmiyyətini vurğulayıb.
“İki sahil” xəbər verir ki, Qazaxıstan dövlətinin başçısı deyib: “Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə nizamlanmasına dair Bəyannamənin tarixi əhəmiyyətini ayrıca qeyd etmək istərdim. ABŞ Prezidenti Donald Trampın haqlı olaraq qeyd etdiyi kimi, çox güclü mövqedə olmağınıza baxmayaraq, belə mühüm sənədin imzalanmasına getdiniz və bu, Azərbaycanın və rəhbərlik etdiyiniz Azərbaycan xalqının xüsusi mövqeyindən, öz potensialına inamından xəbər verir. Nümayiş etdirdiyiniz güclü siyasi iradə və strateji baxış mürəkkəb məsələlərin həllinə müdrik yanaşmanın və gələcək nəsillərin taleyi üçün məsuliyyətin parlaq nümunəsi kimi çıxış edir”.
Prezident Tokayev, həmçinin vurğulayıb ki, iki ölkə arasında əldə olunan razılaşmalar bütün regionda və onun hüdudlarından kənarda əməkdaşlıq üçün yeni üfüqlər açır.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub