21 oktyabr 2025 08:47
116

Quterreş Vyetnama səfər edəcək

BMT-nin baş katibi Antoniu Quterreş oktyabrın 24-25-də Vyetnamda rəsmi səfərdə olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Vyetnamın Xarici İşlər Nazirliyinin yaydığı kommünikedə deyilir.

"BMT-nin baş katibi Antoniu Quterreş Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqan dəvəti ilə Vyetnamda rəsmi səfərdə olacaq və oktyabrın 24-25-dək BMT-nin Kibercinayətkarlıq üzrə Konvensiyasının imzalanması mərasimində iştirak edəcək", - Xarici İşlər Nazirliyinin məlumatında deyilir.