Bakı şəhərində taksi sürücüsünün məktəbliyə qarşı göstərdiyi qeyri-etik davranış polis əməkdaşları tərəfindən araşdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.
O, qeyd edib ki, Yasamal rayonu ərazisində BYD markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadə hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd hərəkətlər etdiyinə görə saxlanılıb və müvafiq qərarla həbs edilib.
COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub
Türkiyə və Azərbaycan müdafiə sənayesi üzrə birgə doktorantura proqramları yaradacaq