Füzulidə vaxtından əvvəl doğuş zamanı körpə ölüb.
“İki sahil” xəbər verir ki, "2-ci Qayıdış" qəsəbə sakini 1997-ci il təvəllüdlü Mehdizadə Nərmin Qəhrəman qızı Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, aparılan müayinələr zamanı hamiləliyin 7 ay yarım olması və doğulacaq qız uşağının ana bətnində ölməsi səbəbindən dölün xaric olunması qərarı verilib.
Hazırda ananın səhhəti vəziyyətə uyğun qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub
Türkiyə və Azərbaycan müdafiə sənayesi üzrə birgə doktorantura proqramları yaradacaq