Avropa Komissiyası Rusiyadan Avropa İttifaqı ölkələrinə uranın idxalına qadağa layihəsi üzərində işə başlayacaq.
“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Ana Kajza bildirib.
“Biz nüvə yanacağı ilə bağlı bölmə daxil etmək istəyirik, bu da Aİ-yə uran idxalının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutur”, - deyə, o, qeyd edib.
Daha əvvəl bildirilmişdi ki, Aİ Şurası Avropa Komissiyasının təklifi əsasında 2026-cı il yanvarın 1-dən Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasını təsdiqləyib.