Azərbaycan Ordusunun 2020-ci il Vətən müharibəsində qazandığı Qələbə ilə Şərqi Zəngəzur də öz doğma sahiblərinə qovuşdu. Hazırda dövlət səviyyəsində aparılan bərpa və konservasiya işləri milli mədəniyyətin dirçəlişi üçün yeni mərhələ açıb.
Prezident İlham Əliyevin “Zəngəzur — Azərbaycanın ayrılmaz parçasıdır” fikri bu bölgənin strateji və mənəvi əhəmiyyətini bir daha vurğulayır.
“Milli mənəvi dəyərlər” İctimai Birliyi bu prosesdə ictimai nəzarət, mədəni irsin qorunması və gənclərin maarifləndirilməsi istiqamətində fəal iştirak edir. Birlik sədri sözlərinə görə Şərqi Zəngəzurun bərpası təkcə daş-divarların tikilməsi deyil, bu, xalqın ruhunun yenidən dirçəlişidir.
Bu abidələr keçmişi xatırlatsada, gələcək nəsillərə milli kimliyimizi ötürmək üçün körpü rolunu oynayır. "Milli Mənəvi Dəyərlər" İctimai Birliyi olaraq bu istiqamətdə fəal çalışacaqlarını bildirdilər.