"Barselona"nın idman direktoru Deku klubun qış transfer pəncərəsi üçün planları haqda danışıb.
“İki sahil” "Cadena Ser"ə istinadən xəbər verir ki, o, transfer bazarında fəal iştirak etmək niyyətində olmadıqlarını bildirib:
"Yayda istədiyimiz və mümkün olan hər şeyi etdik. Artıq vaxta ehtiyac var. Qışda trasferlər etmək bizim planlarımızın bir hissəsi deyil".
Xatırladaq ki, “Barselona” hazırda İspaniya çempionatında 9 oyundan sonra 22 xalla 2-ci pillədə qərarlaşır. Lider isə 24 xala malik "Real"dır.