19 oktyabr 2025 11:21
100

Cəlilabadda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə köhnə Ələt–Astara yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı minik avtomobili qarşı istiqamətdən gələn "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Fakt ilə bağlı araşdırma aparılır.