Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Bakıda “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusunda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, iştirakçılar mərkəzdəki Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən sənədlər, eləcə də eksponatlarla tanış olublar, həmçinin “Azərbaycan inciləri: tarixin axarında” sərgisinə baxış keçiriblər.
Daha sonra qonaqlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksində olublar.
İclas iştirakçıları “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyası adından verilən ziyafətə də qatılıblar.
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Azərbaycan səfiri: İran ərazisindən Azərbaycana edilən dron hücumu əsassız terror aktıdır