Oktyabrın 17-də Qazaxıstanın Astana şəhərində Baş katib Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru səfir Berik Arın ilə görüşüb.
TÜRKPA-dan “İki sahil”ə bildirilib ki, B. Arın Ramil Həsəni Baş katib vəzifəsinə başlaması münasibətilə təbrik edib, onun peşəkarlığını və Türk dünyasının birliyi və inteqrasiyasının möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələrini vurğulayıb.
Görüşdə Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru TÜRKPA nümayəndə heyətinə təşkilatın missiyası, strukturu və əsas proqramları barədə məlumat verib.
B.Arına təşəkkür edən Ramil Həsən fikir mübadiləsinin səmərəliliyi və görüşün konstruktiv xarakter daşımasından məmnunluğunu ifadə edib.
Tərəflər hər iki təşkilatın fəaliyyəti çərçivəsində birgə təşəbbüslərin araşdırılması barədə razılığa gəliblər.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub