18 oktyabr 2025 10:14
197

Mikayıl Cabbarov Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib.

“İki sahil” xəbər verir ki, nazir bu barədə "X" hesabında qeyd edib:

"18 oktyabr - Müstəqilliyin Bərpası Günü Vətənə bağlılığın, azadlığın və həmrəyliyin təntənəsini ifadə edir. Bu əlamətdar gün münasibətilə təbriklərimizi çatdırır, dövlətimizə davamlı tərəqqi, sülh və əmin-amanlıq arzulayırıq. Yaşasın qüdrətli Azərbaycan".