17 oktyabr 2025 10:43
181

Zəfərə aparan yol

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi  rəsmiləşdi. Sərəncamla 17 Oktyabr Füzuli Şəhəri Günü kimi müəyyən olundu.  Füzuli — Qarabağ torpağının cənub-şərqində, dağ silsiləsinin ətəklərindən Araz çayına qədər uzanan, Quruçay, Köndələnçay və Çərəkən çaylarının şırnaqları ilə canlanan zəngin bir ərazidir.

Füzulinin işğaldan azad edilməsi bir sıra çətinliklərlə yadda qaldı. Belə ki, düşmənin əsas istehkam yerlərindən olan Füzulidə düşmənin qurduğu möhkəm istehkamlar, Füzulinin illərlə sərhəd xəttində qalması və düşmənin buranı keçilməz qala hesab etməsi bu əməliyyatın nə qədər çətin olduğunu göstərirdi. Bütün çətinliklərə baxmayaraq  Azərbaycan Ordusunun müstəsna şücaəti nəticəsində qısa zamanda  düşmənin bütün istehkamlarını məhv edildi. 

Füzulinin işğaldan azad olunmasının digər əhəmiyyətli tərəfi bu rayonun Zəfər yolunun keçdiyi, Bakını Şuşa, Xankəndi ilə birləşdirən Zəfər Yolunun başlandığı məkandır. 

İşğaldan azad olunan ərazilərdə ilk dəfə olacaq Füzulidə beynəlxalq hava limanının açılışı digər regionlarda həyata keçirilən quruculuq-abadlıq işlərinin daha da sürətlənməsinə gətirib çıxardı. 

Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin fəaliyyətə başlaması və məktəbin açılışında dövlət başçısı İlham Əliyev və Özbəkistan prezidenti  Şavkat Mirziyoyevin iştirakı xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev məktəbin Özbəkistan-Azərbaycan dostluğunun, qardaşlığının bir mərkəzi olacağını bildirib. 

Bütün bunların fonunda bu gün Füzuliyə köç karvanlarının yola düşməsi, illərdir Füzuli həsrəti ilə yaşayan soydaşlarımızın orada rahat yaşaması həyata keçirilən məqsədyönlü siyasətin təzahürüdür. 

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı