Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərini 2025-ci ilin sonuna kimi müsadirə etmək istəyir.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, büvafiq bəyanatı Brüsseldə keçirilən brifinqdə Avropa İttifaqının 2030-cu ilə qədər təhlükəsizliyinin artırılmasına dair yol xəritəsini təqdim edən müdafiə və kosmos üzrə Avropa komissarı Andrius Kubilius verib.
“Yol xəritəsində çox mühüm vəd var: “təzminat krediti” 2025-ci ilin sonuna kimi həyata keçirilməlidir”, deyə, o, bildirib.
Bundan əvvəl Fransanın Rusiyadakı səfiri Nikola de Rivyer bəyan etmişdi ki, Paris Rusiyanın Aİ-dəki aktivlərinin müsadirə edilməsinə qarşıdır.