Azərbaycanda bələdiyyələrin birləşmə prosesi ilə bağlı yaradılmış komissiyalar öz fəaliyyətlərini yekunlaşdırıb və birləşmə prosesi başa çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar müvafiq məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib.
Xatırladaq ki, yanvarın 14-də Baş nazir Əli Əsədov bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması barədə sərəncam imzalamışdı.
Ötən il noyabrın 25-də isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Qanunu təsdiqləmişdi.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb