16 oktyabr 2025 16:42
116

Avropa Parlamentində Rusiyadan neft məhsullarının alınmaması təklif edilib

Avropa Parlamentinin xarici ticarət və sənaye, elmi tədqiqat və enerji komitələrinin birgə iclasında avropalı deputatlar Rusiyadan Avropa İttifaqına enerji resurslarının idxalının qadağan edilməsi ilə bağlı institutlararası danışıqlara başlamaq üçün səs veriblər.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat açıqlamasında bildirilib.

Məlumata görə, qadağa 2026-cı il yanvarın 1-dən etibarən həm boru kəməri, həm də mayeləşdirilmiş təbii qaza (LNG) şamil ediləcək.

Bundan əlavə, komitə üzvləri gələn il yanvarın 1-dən etibarən Rusiya mənşəli təbii qazın Avropa İttifaqı obyektlərində müvəqqəti saxlanmasını qadağan etməyi təklif edirlər.

Avropa Parlamentində, həmçinin bu qadağalardan yankeçmə imkanlarının aradan qaldırılması üçün tədbirlər görülməsini təklif edilir.

Eyni zamanda, deputatlar Rusiya neftinin, həmçinin Rusiya xammalından istehsal olunan neft məhsullarının idxalını qadağan etməyi təklif edirlər.