16 oktyabr 2025 16:32
100

Britaniyalılar "Johnson & Johnson"u məhkəməyə verib

Təxminən 3000 Britaniya vətəndaşı Amerikanın Johnson & Johnson (J&J) şirkətinə qarşı kütləvi davaya qoşulub.

“İki sahil” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İddiaçılar J&J-ni pudrasının tərkibində asbest olduğuna görə xərçəngə səbəb olduğunu bilə-bilə istehsal edib satmaqda ittiham edirlər.