İlin sonuna qədər Xocavənd rayonuna 1 300-1 500 ailənin köçürülməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.
Onun sözlərinə görə, hazırda Xocavənd rayonunun kəndlərində təmir və bərpa işlərinə start verilib:
"Artıq bilirsiniz ki, Qırmızı Bazar və Hadrut qəsəbələrinə ilk köçlər baş tutub. Bu proses ilin sonuna qədər davam edəcək və 2026-cı ildə də mərhələli şəkildə həyata keçiriləcək. Ümumilikdə, yaşayış məntəqələrindən əlavə digər layihələrimiz də dövlət proqramında nəzərdə tutulmuş qrafikə uyğun olaraq tam sürətlə icra olunur".
NİİM avtomobil idarə edərkən TikTok-da canlı yayım açan sürücülərə müraciət edib
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib