Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya benzin və dizel yanacağına idxal rüsumunu sıfıra endirib.
“İki sahil” xəbər verir ki, RİA Novosti bu barədə Novaka istinadla məlumat yayıb.
Hökumət əvvəllər tətbiq edilən 5% idxal rüsumunu azaldıb.
“Hökumət indi bu rüsumu sıfıra endirib, ona görə də təsərrüfat subyektləri benzin, dizel yanacağı, neft məhsulları tədarük edə bilsinlər... Bu imkan yaradılıb”, - deyə o, bildirib.