Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.
“İki sahil” bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, "Tbilisi prospekti" orta təzyiqli qaz xətti üzərinə tənzimləyici qurğunun və filtrin quraşdırılması ilə əlaqədar oktyabrın 16-da saat 09:30-dan qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarında, M.Ə.Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin bir hissəsində istehlakçıların qaz təchizatı müvəqqəti dayandırılacaq.
NİİM avtomobil idarə edərkən TikTok-da canlı yayım açan sürücülərə müraciət edib
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib