Hekayəçilik auditoriyanın diqqətini cəlb etməyin, faktları daha təsirli şəkildə çatdırmağın mühüm vasitəsidir. Lakin inandırıcı hekayəçilik yalnız faktlara əsaslananda dəyər qazanır.
“İki sahil” xəbər verir ki, bu fikri Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilən “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda panel görüşündə səsləndirib.
O bildirib ki, peşəkar təcrübəsində auditoriya ilə ünsiyyətdə "diqqət cəlb edən başlanğıc" mühüm rol oynayır: “Bu, həm "public speaking", həm də "persuasive communication" dərslərində tələbələrimizə öyrətdiyimiz əsas prinsipdir. Hekayənin başlanğıcı auditoriyanı cəlb etməli, onu fikrə gətirməlidir".
NİİM avtomobil idarə edərkən TikTok-da canlı yayım açan sürücülərə müraciət edib
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib