Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi və dəmiryol işçilərinin peşə bayramı münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) növbəti xeyriyyə məqsədli qanvermə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, Respublika Qan Bankı ilə birgə keçirilən ənənəvi aksiyada ADY-nin müxtəlif struktur bölmələrinin əməkdaşları könüllü şəkildə iştirak ediblər.
Xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Qanvermə aksiyasının əsas məqsədi Respublika Qan Bankının qan ehtiyatının artırılmasına töhfə verməkdir.
ADY cəmiyyətə faydalı sosial təşəbbüslər göstərməyə, sağlamlıq və həyat naminə humanitar fəaliyyətləri dəstəkləməyə davam edəcək.
NİİM avtomobil idarə edərkən TikTok-da canlı yayım açan sürücülərə müraciət edib
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib