Yeni tədris mövsümündən pik saatlarda intervalların azaldılmasına nail olunub. Bu isə xətlərdə qatarların qrafikə uyğun xüsusi nizamlı hərəkətini, qatarların yubanmasına təsir edən amillərin qarşısının alınmasını tələb edir. Bu zaman metropoliten xətlərində qatarların hərəkətinə ən çox təsir edən hallar qatarların qapılarına müdaxilə və hüdud xəttinin keçilməsidir.
Məlumdur ki, Qırmızı və Yaşıl xətlər “28 May” stansiyasında kəsişərək birləşir. Bu səbəbdən bir istiqamətdə yubanma hər iki xətt üzrə qatarların hərəkətinə təsir edir və yubanmalara səbəb olur. Nəticədə, sistem avtomatik olaraq qatarların təhlükəsizlik zonasına daxil olmasına icazə vermir. Belə olduqda arxadan gələn qatarlar məcburən stansiya və tunellərdə dayanaraq gözləməli olur.
Hər iki xəttə təsirləri azaltmaq üçün həm “İçərişəhər”, həm də “Dərnəgül” marşrutları üzrə qatarların hərəkətinə mümkün əlavə tənzimləmələr tətbiq edilir.
Sərnişinlərdən xahiş edirik, intervalın azaldılması şəraitində qatarların nizamlı hərəkətinə maneələr yaradan və yekunda sərnişinlərin haqlı narazılığna səbəb olan bu kimi hallara yol verilməsin.
NİİM avtomobil idarə edərkən TikTok-da canlı yayım açan sürücülərə müraciət edib
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib