Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölkə vətəndaşları ilə yanaşı əcnəbilərə də xidmət göstərməyi hədəfləyir.
“İki sahil” xəbər verir ki, bunu Birliyin Strateji İnkişaf Mərkəzinin Rəhbəri Murad Mirzəyev Bakıda keçirilən II Azərbaycan Sağlamlıq Turizmi Konfransında bildirib.
"Bu gün xəstəxanalarımızda vətəndaşlarımıza xidmət göstərmək üçün kifayət qədər yaxşı imkanlar var. Bununla yanaşı, biz artıq növbəti mərhələdə əcnəbilərə də xidmət göstərməyi hədəfləyirik. Bu istiqamətdə ilk addımlar atılıb və ölkədə turizm konsepsiyasının hazırlanması ilə bağlı işlər görülüb. Dövlət Turizm Agentliyi ilə birgə Tədbirlər Plan hazırlanıb və artıq icra edilir. Biz hədəf ölkələri araşdırmışıq. Gələn ilin martında hədəf ölkələrdən bir qrup medagent və turoperator ölkəmizə dəvət ediləcək", - deyə o qeyd edib.
TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündəAzərbaycanda 570 mindən çox video silinib
NİİM avtomobil idarə edərkən TikTok-da canlı yayım açan sürücülərə müraciət edib
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir