Bu ilin 9 ayında 379 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, cari ilin sentyabr ayı ərzində isə 45 nəfərin ölkəyə readmissiyası baş tutub. Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
Qeyd edək ki, proses Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində baş tutub.
Kaspersky “Intelbras” müşahidə kameralarındakı boşluğu aradan qaldırmağa kömək edib
Fuad Muradov Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının iclasında iştirak edib
FHN-in Gəncə Regional Mərkəzi Samux rayonunda kompleks mülki müdafiə təlimi keçirib