15 oktyabr 2025 08:06
133

ABŞ Çindən neft almağı dayandıra bilər - Tramp

ABŞ administrasiyası Çin tərəfindən Amerika soya paxlasının alınmasından imtina edilməsinə cavab olaraq, bu ölkədən yeyinti yağı və digər məhsulların idxalını dayandırmağı nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edib.

“İnanıram ki, Çinin bizim fermerlərimiz üçün çətinlik yaradan soya paxlamızı almaqdan qəsdən imtina etməsi iqtisadi düşmənçilik aktıdır. Cavab tədbiri olaraq, biz Çinlə yeyilə bilən yağ və digər malların ticarətinə son qoymağı düşünürük”, – deyə Tramp bildirib.

O əlavə edib ki, ABŞ yemək üçün yağları özü istehsal edə bilər və bu baxımdan Çindən idxala ehtiyac yoxdur.