Oktyabrın 13-də Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Təhsil” üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib. Elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən iclasa aidiyyəti dövlət qurumlarının nümayəndələri də qatılıblar.
“İki sahil” xəbər verir ki, iclas çərçivəsində 2027–2030-cu illərdə təhsil sahəsində həyata keçirilməsi planlaşdırılan islahatlar, strateji fəaliyyət istiqamətləri və Tədbirlər Planı ətraflı şəkildə müzakirə olunub.
Müzakirədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn iştirak edib.
İclas zamanı sözügedən İşçi Qrupunun üzvləri tərəfindən müxtəlif istiqamətlər üzrə təkliflər təqdim olunub, mövcud problemlər və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb
Kaspersky “Intelbras” müşahidə kameralarındakı boşluğu aradan qaldırmağa kömək edib
Fuad Muradov Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının iclasında iştirak edib
FHN-in Gəncə Regional Mərkəzi Samux rayonunda kompleks mülki müdafiə təlimi keçirib