12 oktyabr 2025 18:49
156

Beynəlxalq Hakimlər Assosiasiyasının Prezidenti: Düzgün ədalət mühakiməsi diqqətdən kənarda qalmamalıdır

Düzgün ədalət mühakiməsi heç zaman diqqətdən kənarda qalmamalıdır.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Hakimlər Assosiasiyasının Prezidenti Duro Sessa Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyasının iclasında bildirib.

O, qeyd edib ki, bu gün məhkəmə hakimiyyəti ilə bağlı məsələlərdə mediada böyük kampaniya var:

"Bu konfransda bununla bağlı danışmalı, məsələ ilə bağlı çıxış yolları tapılmalıdır".