Azərbaycanda qanunvericilik, icra məhkəmə orqanları arasında əməkdaşlıq var.
“İki sahil” xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyasının iclasında deyib.
O bildirib ki, bu gün məhkəmə hakimiyyəti cəmiyyətin fundamental dəyərlərinin keşiyində dayanan qarantdır:
"Təbii ki, qərarların qəbul edilməsində məhkəmə hakimiyyəti hər hansı səhvlərdən qoruyur. Bizim üzərimizə düşən vəzifənin icrasında bizi istiqamətləndirir. Ədalət o zaman zəfər çala bilər ki, hansısa bir fəaliyyətin mərkəzində dayanan bünövrə kimi götürülsün".