11 oktyabr 2025 16:18
167

XİN başçıları telefonla danışıblar - YENİLƏNİB

11 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
 
Qeyd edilib ki, telefon danışığı zamanı iki ölkə arasında mövcud və gələcək strateji tərəfdaşlıq əlaqələri, regional təhlükəsizlik, xüsusilə də Yaxın Şərqdə vəziyyət və Qəzzada atəşkəs barədə razılaşmadan irəli gələn məsələlər müzakirə olunub.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı İshaq Dar ilə telefonla danışıb.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın xarici siyasət idarəsinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki vəziyyəti və Qəzzadakı humanitar böhranı müzakirə ediblər.

Nazirlər, həmçinin ərəb və müsəlman ölkələrinin regionda sülh və sabitliyə köməklə bağlı geniş səyləri, eləcə də Misirin Şarm-əş-Şeyx şəhərində gözlənilən sammit (Qəzza ilə bağlı oktyabrın 14-də keçirilməsi nəzərdə tutulur - red.) barəsində fikir mübadiləsi aparıblar.