10 oktyabr 2025 20:10
131

Rəsmi Bakı Qəzzada atəşkəsin təsis edilməsini alqışlayıb

Qəzzada atəşkəs bərqərar edəcək, girov və məhbusların azad edilməsinə, Qəzzaya maneəsiz humanitar yardım və onun yenidən qurulmasına yol açacaq Qəzza ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayırıq.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

"Ümid edirik ki, sazişin bütün mərhələləri layiqincə yerinə yetiriləcək və regionda ədalətli və davamlı sülh üçün səylər gücləndiriləcək. Biz bu nəticəyə doğru ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyini təqdir edirik",- paylaşımda bildirilib.