Türkiyə hərbçiləri Qəzza zolağında sülhün təmin edilməsi üzrə istənilən tapşırıqda iştirak etməyə hazırdırlar.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Müdafiə Nazirliyinin nümayəndəsi Zeki Aktürk bəyan edib.
O, Türkiyə hərbçilərinin Qəzza üzrə xüsusi işçi qrupunun fəaliyyətinə qoşulub-qoşulmayacağı ilə bağlı suala cavab olaraq bildirib ki, Silahlı Qüvvələr sülhün təmin edilməsi üzrə istənilən tapşırığa hazırdır.