10 oktyabr 2025 13:47
132

İlin əvvəlindən məhkəmənin qərarı ilə 831 əcnəbi Tatarıstandan deportasiya edilib

Cari ilin əvvəlindən məhkəmənin qərarı ilə 831 nəfər Tatarıstandam deportasiya edilib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiyanın Federal Məhkəmə İcraçıları Xidmətinin Tatarıstan üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib.

Bu yaxınlarda məhkəmə icraçıları 35 xarici vətəndaşın deportasiyasını təmin ediblər.

Məhkəmənin qərarından sonra qanun pozucuları Naberejnıye Çelnıdakı müvəqqəti saxlama təcridxanasına aparılır, daha sonra hava limanına müşayiət olunur və orada deportasiya olunmaq üçün sərhədçilərə təhvil verilir.

Bu vətəndaşların 5 il müddətinə Rusiyaya girişinə qadağa qoyulub. Təkrar cinayət törədənlər cinayət məsuliyyətinə cəlb olunurlar.

Daha əvvəl bildirilmişdi ki, Kazanda kafedə və tikinti meydançasında keçirilən reyd zamanı 13 miqrant qanun pozucusu aşkarlanıb.