10 oktyabr 2025 13:30
192

Trampa Nobel mükafatı niyə verilmədi?

Nobel Komitəsinin ekspertləri ABŞ prezidenti Donald Trampın “beynəlxalq nizamı məhv etdiyi” iddia edədərk ona mükafatı verməmək qərarına gəliblər.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Qalib elan edilməzdn əvvəl Nobel Komitəsinin ekspertləri Trampın bu mukafatı almayacağını bildiridilər. Çünki onun Nobel Komitəsi üçün qiymətli olan beynəlxalq nizamı məhv etdiyini bildirirdilər”, - deyə, agentlik yazır.

Venesuelalı siyasətçi, ictimai xadim və müxalifət lideri Maria Korina Maçado 2025-ci il Nobel Sülh Mükafatına layiq görülüb. O, 11 milyon İsveç kronu (təxminən 1,2 milyon dollar) alacaq.

Bu il mükafata ABŞ prezidenti Donald Tramp da daxil olmaqla 338 nəfərin (244 fiziki şəxs və 94 təşkilat) namizədliyini irəli sürülmüşdü