Milli Məclisin deputatı Ramil Həsən yaxın günlərdə Məskəzi Seçki Komissiyasının (MSK) onun mandatına xitam verəcəyini deyib.
“İki sahil” xəbər verir ki, "Report"a bununla bağlı açıqlama verən deputat qeyd edib ki, buna səbəb TÜRK PA-nın baş katibi seçilməsidir.
"15 oktyabrdan etibarən Türk Dövlətləri Parlament Assambleyasının Baş Katibi olaraq Beynəlxalq Təşkilatda vəzifəmin icrasına başlayacağam. Qanuna uyğun olaraq Deputat Mandatıma MSK tərəfəndən yaxın günlərdə xitam veriləcək. 5 Dövlətin Parlamentini birləşdirən beynəlxalq təşkilata, diplomatik korpusa rəhbərlik edəcəyim üçün başqa vəzifələr daşıya bilmərəm. Çünki bütün ölkələrin parlamentlərini birləşdirən TÜKR PA Baş Katibi kimi ortaq təmsilçi olaraq fəaliyyət göstərməliyəm", - o deyib.