08 oktyabr 2025 21:08
153

Fərid Qayıbov Azərbaycan idmançılarının III MDB Oyunlarında çıxışını yüksək qiymətləndirib

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idmançılarının III MDB Oyunlarında çıxışını yüksək qiymətləndirib.

“İki sahil” xəbər verir ki, o, bunu "Baku TV"nin "İDMANDA QAL" adlı yeni televiziya layihəsinə açıqlamasında deyib.

"Əlbəttə, bu yarışda çıxış etmək idmançılarımız üçün böyük təcrübədir. Onlar bunun faydasını gələcək yarışlarda görəcəklər. Nəticələr əvvəlki iki analoji turnirlərdə qazanılandan daha yüksəkdir. Bu münasibətlə idmançılarımızı təbrik edirəm və onlara növbəti yarışlarda uğurlar arzu edirəm", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisi III MDB Oyunlarını 184 (33 qızıl, 56 gümüş, 95 bürünc) medalla ikinci pillədə başa vurub