08 oktyabr 2025 16:05
157

Ukrayna Merkelin açıqlamalarından narazı qalıb - "Politico"

Almaniyanın keçmiş kansleri Angela Merkelin Polşa və Baltikyanı ölkələrin Ukraynada silahlı münaqişənin alovlanmasına dolayısı ilə səbəb olması barədə bəyanatı Ukraynanın narazılığına səbəb olub.

“İki sahil” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Ukraynanın yüksək rütbəli məmurlarından biri nəşrə deyib ki, Merkelin şərhləri qəbuledilməzdir. 

Keçmiş Almaniya kansleri Macarıstanın “Partizán” YouTube kanalına müsahibəsində bildirmişdi ki, Baltikyanı ölkələr və Polşa Ukrayna böhranının həlli və Rusiya ilə konstruktiv dialoqun tapılması cəhdlərini sabotaj edərək dolayı yolla müharibənin başlamasına səbəb olublar.

Bu arada “The Telegraph” yazıb ki, Merkelin Ukraynada silahlı münaqişənin başlanmasında Polşa və Baltikyanı ölkələrin rolu ilə bağlı bəyanatı Varşava ilə Berlin arasında münasibətlərin pisləşməsi ilə nəticələnib.