"Jaguar Land Rover" kiberhücum səbəbindən altı həftəyə yaxın işləməyən zavodlarında fəaliyyəti mərhələli şəkildə bərpa etdiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "media.jaguarlandrover.com" saytı məlumat yayıb.
Sentyabrın 2-də Britaniya avtomobil istehsalçısı zavodlarının kiberhücum nəticəsində iflic vəziyyətə düşdüyünü elan etmişdi. Şirkət o zaman hər hansı bir istifadəçi məlumatının oğurlandığına inanmaq üçün heç bir səbəb olmadığını vurğulamışdı. Lakin sonradan pərakəndə və istehsal əməliyyatlarının əhəmiyyətli dərəcədə pozulduğunu təsdiqlədi.
Analitiklərin fikrincə, istehsalın hər həftə dayanması çirkətə 50 milyon funt-sterlinqə başa gəlir. Şirkət hökumətdən yardım istəmək məcburiyyətində qalıb.